Azərbaycanda koronavirusa ən çox yoluxma halı Bakıda qeydə alınıb

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının sözlərinə görə, artıq 12 rayonda koronavirusa yoluxma halı sıfırlanıb.

Source: Foto: Azərtac


Operativ Qərargah statistikanı açıqlayıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti toplantısında Azərbaycan üzrə koronavirusla bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, virusa ən çox yoluxma halı Bakıda qeydə alınıb – 52,1 faiz.

Bakının rayonları arasında koronavirusa ən çox yoluxma halı Yasamal rayonunda, (22.65 faiz) ən az isə Pirallahıda (0.93 faiz) qeydə alınıb. Binəqədidə 11,27, Nəsimidə 11,15, Nərimanovda 6,27, Xətaidə 5,37, Səbaildə 2,25, Nizamidə 5,11, Xəzərdə 4,53, Suraxanıda 5,11, Qaradağda 3,02, Sabunçuda 12,2 faiz yoluxma halı qeyd olunub.

Xarici vətəndaşlardan virusun ölkəyə idxal edilmə halı 13,6, Aran rayonlarında 6,88, Lənkəranda 8,28, Abşeronda 5,54, Gəncə-Qazaxda 7,62, Quba-Xaçmazda 2,40, Yuxarı Qarabağda 1,07, Şəki-Zaqatalada 1,27, Dağlıq Şirvanda 1,4, Naxçıvanda isə 0,27 faiz yoluxma faktı qeydə alınıb.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının sözlərinə görə, artıq 12 rayonda koronavirusa yoluxma halı sıfırlanıb.

Ana səhifəSosialAzərbaycanda koronavirusa ən çox yoluxma halı Bakıda qeydə alınıb