Azərbaycanda: Koronavirusa 131 nəfər yoluxub, 1 nəfər ölüb

Operativ Qərargah Azərbaycanda indiyə qədər 34 474 nəfərin koronavirus infeksiyasına yoluxduğunu qeyd edib

Source: Foto: sosial şəbəkə


159 nəfərin sağalaraq evə buraxıldığı deyilir

Avqustun 18-də Azərbaycanda COVİD-19 infeksiyasından 1 pasiyent ölüb. 131 adam koronavirusa yoluxub, 159 nəfər müalicə olunaraq evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 34 474 nəfərin koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 32 201 nəfər müalicə olunaraq sağalıb, 509 xəstə ölüb, aktiv xəstə sayı 1 764 nəfərdir”.

Eyni zamanda, son sutkada 6 361, ötən müddətdə isə ümumilikdə 843 269 testin aparıldığı bildirilib.

Ana səhifəSosialAzərbaycanda: Koronavirusa 131 nəfər yoluxub, 1 nəfər ölüb