Azərbaycanda koronavirus: 26 xəstə vəfat edib

Foto: Meydan.TV

“857 adam koronavirusa yoluxub”

Noyabrın 29-da Azərbaycanda 857 adam COVID-19 infeksiyasına yoluxub, 1 091 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 26 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 586 640 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7 833 pasiyent ölüb. Aktiv xəstə sayı 25 992 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5594, bu günə qədər isə 5 526 664 testin icra olunduğu göstərilib.

Ana səhifəUncategorized @azAzərbaycanda koronavirus: 26 xəstə vəfat edib