“28 xəstə vəfat edib”
Fevralın 9-da Azərbaycanda 7779 adam COVID-19 infeksiyasına yoluxub, 6315 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 28 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 718 min 145 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 660 min 112 nəfər müalicə olunaraq sağalıb, 8 min 948 pasiyent ölüb. Aktiv xəstə sayı 49 min 85 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 314, bu günə qədər isə 6 milyon 316 min 102 testin icra olunduğu göstərilib.