Azərbaycanda koronavirus: 7032 yoluxma

Source: Meydan TV

“22 xəstə vəfat edib”

Fevralın 8-də Azərbaycanda 7032 adam COVID-19 infeksiyasına yoluxub, 5285 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 22 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 710 min 366 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 653 min 797 nəfər müalicə olunaraq sağalıb, 8 min 920 pasiyent ölüb. Aktiv xəstə sayı 47 min 649 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 889, bu günə qədər isə 6 milyon 296 min 788 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 7032 yoluxma