Azərbaycanda koronavirus: 6 xəstə vəfat edib

Foto: Meydan.TV

“159 nəfər sağalıb”

Martın 16-da Azərbaycanda 115 nəfər COVID-19 infeksiyasına yoluxub, 159 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, analiz nümunələri müsbət çıxan 6 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyədək 791 077 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 779 987 nəfər müalicə olunaraq sağalıb, 9 633 pasiyent ölüb. Aktiv xəstə sayı1 457 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 337, bu günə qədər isə 6 646 110 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 6 xəstə vəfat edib