Azərbaycanda koronavirus: 553 yolxuma

Source: Meydan TV

“736 nəfər sağalıb”

Yanvarın 5-də Azərbaycanda 553 adam COVID-19 infeksiyasına yoluxub, 736 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 11 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 618 min 918 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 603 min 55 nəfər müalicə olunaraq sağalıb, 8 min 409 pasiyent ölüb. Aktiv xəstə sayı 7 min 454 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 527, bu günə qədər isə 5 milyon 899 min 183 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 553 yolxuma