Azərbaycanda koronavirus: 386 yoluxma

“Hazırda aktiv xəstə sayı 3 381 nəfərdir”.

Foto: Meydan TV


"Bazar günü koronavirusdan 4 xəstə vəfat edib"

İyulun 25-də Azərbaycanda 386 adam COVID-19 infeksiyasına yoluxub, 149 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 4 xəstə vəfat edib.

Operativ Qərargah Azərbayvanda indiyə qədər 340 443 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 332 056 nəfər müalicə olunaraq sağalıb, 5 006 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 3 381 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 684, ötən müddət ərzində isə ümumilikdə 3 975 081 testin aparıldığı qeyd olunub.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 386 yoluxma