"153 nəfər sağalıb"
İyulun 23-də Azərbaycanda 371 adam COVID-19 infeksiyasına yoluxub, 153 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün koronavirusdan 3 xəstənin vəfat etdiyini göstərib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 339 645 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
"Onlardan 331 782 nəfər müalicə olunaraq sağalıb, 5002 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2 861 nəfərdir".
O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10448, bu günə qədər isə 3 954 016 testin icra olunduğu qeyd edilib.