Azərbaycanda koronavirus: 3 yoluxma, 14 sağalma

Foto: Meydan TV

“Vəfat edən olmayıb”

Mayın 4-də Azərbaycanda 3 nəfər COVID-19 infeksiyasına yoluxub, 14 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxanların arasında vəfat edənin olmadığı bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 588 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 782 min 818 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 pasiyent ölüb. Aktiv xəstə sayı 61 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 351, bu günə qədər isə ümumilikdə 6 milyon 823 min 23 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 3 yoluxma, 14 sağalma