Azərbaycanda koronavirus: 28 xəstə vəfat edib

Foto: Meydan.TV

“46 935 aktiv pasiyent var”

Fevralın 15-də Azərbaycanda 4687 adam COVID-19 infeksiyasına yoluxub, 6506 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 28 xəstənin vəfat etdiyi deyilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 752 min 605 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 696 min 565 nəfər müalicə olunaraq sağalıb, 9 min 105 pasiyent ölüb. Aktiv xəstə sayı 46 min 935 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 682, bu günə qədər isə 6 milyon 414 min 158 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 28 xəstə vəfat edib