“27 xəstə vəfat edib”
Fevralın 14-də Azərbaycanda 2749 adam COVID-19 infeksiyasına yoluxub, 3971 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 27 xəstənin vəfat etdiyi deyilir.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 747 min 918 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 690 min 59 nəfər müalicə olunaraq sağalıb, 9 min 77 pasiyent ölüb. Aktiv xəstə sayı 48 min 782 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 251, bu günə qədər isə 6 milyon 398 min 476 testin icra olunduğu göstərilib.