Azərbaycanda koronavirus: 273 yoluxma

Foto: Meydan TV

“8 xəstə vəfat edib”

Yanvarın 3-də Azərbaycanda 273 adam COVİD-19 infeksiyasına yoluxub, 576 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 8 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 617 min 952 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 601 min 645 nəfər müalicə olunaraq sağalıb, 8383 pasiyent ölüb. Aktiv xəstə sayı 7924 nəfərdir”.

Son sutkada 6337, ötən müddətdə isə 5 milyon 883 min 101 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 273 yoluxma