Azərbaycanda koronavirus: 2706 yoluxma

Foto: Meydan TV

“29 xəstə vəfat edib”

Oktyabrın 4-də Azərbaycanda 2706 adam COVID-19 infeksiyasına yoluxub, 1937 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 29 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 539 710 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 501 508 nəfər müalicə olunaraq sağalıb, 7182 pasiyent ölüb. Aktiv xəstə sayı 31 020 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 350, ötən müddətdə isə ümumilikdə 5 243 038 testin aparıldığı göstərilib.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 2706 yoluxma