“1072 adam yoluxub”
Noyabrın 15-də Azərbaycanda 1072 adam COVID-19 infeksiyasına yoluxub, 1229 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 26 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 561 min 925 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 523 min 660 nəfər müalicə olunaraq sağalıb, 7 min 471 pasiyent ölüb. Aktiv xəstə sayı 30 min 794 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 803, bu günə qədər isə 5 milyon 367 min 119 testin icra olunduğu göstərilib.