Azərbaycanda koronavirus: 2440 yoluxma

Foto: Meydan.tv

“26 xəstə vəfat edib”

Noyabrın 5-də Azərbaycanda 2440 adam COVID-19 infeksiyasına yoluxub, 2 016 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 26 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 542 150 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 503 524 nəfər müalicə olunaraq sağalıb, 7 208 pasiyent ölüb. Aktiv xəstə sayı 31 418 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 794, ötən müddətdə isə 5 256 832 testin aparıldığı göstərilib.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 2440 yoluxma