"6 nəfər ölüb, 533 nəfər sağalıb"
Mayın 27-də Azərbaycanda 220 nəfər COVİD-19 infeksiyasına yoluxub, 533 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, analiz nümunələri müsbət çıxan 6 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda 333 min 317 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 322 min 806 nəfər müalicə olunaraq sağalıb, 4891 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 5620 nəfərdir".
Eyni zamanda, ötən müddətdə 3 milyon 486 min 381 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 9369-dur".