“19 xəstə vəfat edib”
Noyabrın 13-də Azərbaycanda 2001 adam COVID-19 infeksiyasına yoluxub, 2145 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 19 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 558 min 431 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 520 min 250 nəfər müalicə olunaraq sağalıb, 7 min 416 pasiyent ölüb. Aktiv xəstə sayı 30 min 765 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 99, bu günə qədər isə 5 milyon 347 min 509 testin icra olunduğu göstərilib.