“Aktiv xəstə sayı 259 nəfərdir”
Aprelin 7-də Azərbaycanda 25 nəfər COVID-19 infeksiyasına yoluxub, 61 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 2 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 166 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 782 min 204 nəfər müalicə olunaraq sağalıb, 9 mın 703 pasiyent ölüb. Aktiv xəstə sayı 259 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 755, bu günə qədər isə 6 milyon 731 min 315 testin icra olunduğu göstərilib.