Azərbaycanda koronavirus: 1904 yoluxma

Foto: Meydan TV

“29 xəstə vəfat edib”

Noyabrın 23-də Azərbaycanda 1904 adam COVID-19 infeksiyasına yoluxub, 1 833 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 29 xəstə vəfat edib.

Operatv Qərargah Azərbaycanda indiyə qədər 576 703 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 541 327 nəfər müalicə olunaraq sağalıb, 7 686 pasiyent ölüb. Aktiv xəstə sayı 27690 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 194, ötən müddətdə isə 5 461 573 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1904 yoluxma