Azərbaycanda koronavirus: 19 yoluxma, 25 sağalma

Foto: Meydan TV

“Aktiv xəstə sayı 139 nəfərdir”

Aprelin 26-da Azərbaycanda 19 nəfər COVID-19 infeksiyasına yoluxub, 25 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bu gün analizləri nümunələri müsbət çıxanlar arasında ölüm halı qeydə alınmayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 521 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 min 675 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 pasiyent ölüb. Aktiv xəstə sayı 139 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 132, bu günə qədər isə ümumilikdə 6 milyon 801 min 484 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 19 yoluxma, 25 sağalma