Azərbaycanda koronavirus: 1876 yoluxma

Foto: Meydan TV

“22 xəstə vəfat edib”

Noyabrın 10-da Azərbaycanda 1876 adam COVID-19 infeksiyasına yoluxub, 2248 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 22 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 552 min 322 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 513 min 648 nəfər müalicə olunaraq sağalıb, 7 min 342 pasiyent ölüb. Aktiv xəstə sayı 31 min 332 nəfərdir”.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 1876 yoluxma