“Aktiv xəstə sayı 33 635 nəfərdir”
Fevralın 3-də Azərbaycanda 6113 nəfər COVID-19 infeksiyasına yoluxub, 3 267 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 18 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 676 426 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 633 994 nəfər müalicə olunaraq sağalıb, 8 797 pasiyent ölüb. Aktiv xəstə sayı 33 635 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 272, ötən müddətdə isə 6 208 402 testin aparıldığı göstərilib.