Azərbaycanda koronavirus: 15 xəstə vəfat edib

Foto: Meydan TV

“Aktiv xəstə sayı 7 min 648 nəfirdir”

Yanvarın 4-də Azərbaycanda 413 adam COVID-19 infeksiyasına yoluxub, 674 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 15 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 618 min 365 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 602 min 319 nəfər müalicə olunaraq sağalıb, 8 min 398 pasiyent ölüb. Aktiv xəstə sayı 7 min 648 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 555, bu günə qədər isə 5 milyon 889 min 656 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 15 xəstə vəfat edib