“588 nəfər yoluxma”
Martın 4-də Azərbaycanda 588 adam COVID-19 infeksiyasına yoluxub, 1185 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 15 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 788 min 525 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 772 min 715 nəfər müalicə olunaraq sağalıb, 9 mın 488 pasiyent ölüb. Aktiv xəstə sayı 6 min 322 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 829, bu günə qədər isə 6 milyon 585 min 992 testin icra olunduğu göstərilib.