Azərbaycanda koronavirus: 13 yoluxma, vəfat edən olmayıb

koronavirus. Foto: Meydan TV

Aktiv xəstə sayı 105 nəfərdir”

Aprelin 29-da Azərbaycanda 13 nəfər COVID-19 infeksiyasına yoluxub, 16 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bu gün analizləri nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 558 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 min 744 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 pasiyent ölüb. Aktiv xəstə sayı 105 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 731, bu günə qədər isə ümumilikdə 6 milyon 811 min 382 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 13 yoluxma, vəfat edən olmayıb