“15 xəstə vəfat edib”
Dekabrın 8-də Azərbaycanda 1210 nəfər COVID-19 infeksiyasına yoluxub, 1853 adam müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 15 xəstənin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 599 min 713 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 569 min 238 nəfər müalicə olunaraq sağalıb, 8 min 19 pasiyent ölüb. Aktiv xəstə sayı 22 min 456 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 33 , bu günə qədər isə 5 milyon 633 min 54 testin icra olunduğu göstərilib.