“1946 adam sağalıb”
Dekabrın 10-da Azərbaycanda 1109 adam COVID-19 infeksiyasına yoluxub, 1946 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 17 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 602 min 137 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 573 min 34 nəfər müalicə olunaraq sağalıb, 8 min 55 pasiyent ölüb. Aktiv xəstə sayı 21 min 48 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 532 , bu günə qədər isə 5 milyon 655 min 385 testin icra olunduğu göstərilib.