"2 nəfər vəfat edib"
İyunun 8-də Azərbaycanda 102 adam COVİD-19 infeksiyasına yoluxub,273 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 2 pasiyent vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 334 min 849 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 327 min 387 nəfər müalicə olunaraq sağalıb, 4947 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 2515 nəfərdir".
Qərargah ötən müddətdə 3 milyon 581 min 073 testin aparıldığını vurğulayıb: "Bugünkü test sayı isə 8655-dir".