“674 yoluxma, 509 sağalma”
Yanvarın 13-də Azərbaycanda 674 adam COVID-19 infeksiyasına yoluxub, 509 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 10 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 623 min 555 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 607 min 397 nəfər müalicə olunaraq sağalıb, 8 min 490 pasiyent ölüb. Aktiv xəstə sayı 7 min 668 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 386, bu günə qədər isə 5 milyon 978 min 735 testin icra olunduğu göstərilib.