Nazirlər Kabineti yeni qərar verdi
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Nazirlər Kabinetinin 22 dekabr qərarında deyilir.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.
Koronvirus 2019-cu ilin sonları Çində yaranıb, dünyaya yayılıb.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.8 milyondan çox insanın öldüyü açıqlanıb.
Azərbaycanda son məlumata görə, ümumilikdə 825 min 737 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 10 min 2 nəfərin vəfat etdiyi bildirilib.