Azərbaycanda işsiz statuslu 30,6 min nəfər var

”Evində oturub, illərlə işsiz qalıb, amma dövlət strukturunda qeydiyyata durmayan şəxs işçi qüvvə kimi götürülür”

Source:


”Evində oturub, illərlə işsiz qalıb, amma dövlət strukturunda qeydiyyata durmayan şəxs işçi qüvvə kimi götürülür”

Bu il martın 1-nə qədər olan məlumata görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 mln. 921 min nəfər olub, onlardan 4 mln. 676,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 mln. 488,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 874,7 min nəfər, qeyri-dövlət sektorunda isə 613,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri-neft sektorunda isə 1 mln. 454 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,2 faizi emal sənayesində, 6,1 faizi tikintidə, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,8 faizi təhsil, 19,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,8 faizi istirahət, əyləncə və incəsənət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

Komitənin məlumatını Meydan TV-yə şərh edən iqtisadçı Məhəmməd Talıblı bildirib ki, bu ilin yanvarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,5 saat təşkil edib. Mart ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 30,6 min nəfər olub, onların 38,1 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 263,1 manat olub. Ölkədə əmək qabiliyyətli əhali 4,9 mln. nəfər təşkil edib. Bunun 38 faizi və ya 1,5 milyon nəfərindən çoxu kənd təsərrüfatı sektorunda çalışır. Bu, əslində çalışma və gəlir əldə etmə deyil, həmin aqrar bölgələrdə qeydiyyatda durmaqdır. Həmin yerdə qeydiyyatda olmaq, hələ kənd təsərrüfatı sektorunda dəyər yaratmaq və gəlir əldə etmək deyil. Həmin sahədə işçi kimi qeydiyyatda olan vətəndaş əslində kənd təsərrüfatı sektoruna heç bir dəyər formalaşdırmasında iştirak etmir. Digər sahələrdə işləyənlərlə bağlı analoji müqayisələri vermək olar.

O ki qaldı 30 min işsiz insanlara, Məhəmməd Talıblı hesab edir ki, kim işsiz olması ilə bağlı tələb olunan sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirsə, onun işsiz olması qeydə alınır. Bu zaman o işsiz statusu qazanmış olur. Evində oturub, illərlə işsiz qalıb, amma dövlət strukturunda qeydiyyata durmayan şəxs işçi qüvvə kimi götürülür. Demək, işsizik faktiki halın deyil, müraciət edib həmin statusu əldə etdiyindir.

Ana səhifəXəbərlərAzərbaycanda işsiz statuslu 30,6 min nəfər var