Azərbaycanda insan haqlarının vəziyyəti araşdırılır

Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasına əməl etməsi ilə bağlı araşdırmaya başladığını bildirib

Source:

Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasına əməl etməsi ilə bağlı araşdırmaya başladığını bildirib.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, o, hakimiyyət nümayəndələrindən İnsan Haqları Konvensiyasının icra edilməsi ilə bağlı arayışlar alınması üçün Azərbaycana nümayəndələrini göndərəcəyini bildirib.

Avropa İnsan Haqları Konvensiyasının 52-ci maddəsinə əsasən, baş katib konvensiyanın üzv dövlətdə icrasının müvafiq şəkildə yerinə yetirilməsini müəyyənləşdirmək üçün araşdırmaya başlaya bilər.

Ana səhifəXəbərlərAzərbaycanda insan haqlarının vəziyyəti araşdırılır