Azərbaycanda “İlin məşqçisi” məlum oldu!

Avropa Liqasında “Qəbələ”yə nisbətən uğurlu çıxış etməsi Qurban Qurbanovun 6-cı dəfə Azərbaycanın ən yaxşı məşqçisi olmasını şərtləndirdi

Source:


Avropa Liqasında “Qəbələ”yə nisbətən uğurlu çıxış etməsi Qurban Qurbanovun 6-cı dəfə Azərbaycanın ən yaxşı məşqçisi olmasını şərtləndirdi

“Komanda” qəzeti fəaliyyət göstərdiyi müddətdə ilin məşqçisini də müəyyənləşdirirdi. Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, “Komanda.az” saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevi ilin məşqçisi seçmişdi.

Əvvəlki illərdə həmkarlarımız seçim edərkən əsasən klublarımızın avrokuboklardakı çıxışlarını əsas götürürdülər. Bu il də jurnalistlər seçim meyarına sadiq qaldılar. Jurnalistlər əsasən Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış “Qarabağ” və “Qəbələ”nin baş məşqçilərinə – Qurban Qurbanova və Roman Qriqorçuka səs verdilər. Əvvəlki sorğularda demək olar ki, rəqabət olmamışdı. Qurban Qurbanov qalib gəldiyi bütün 5 sorğuda yekdilliklə jurnalistələrin etimadını qazanmışdı. Elə Böyükağa Hacıyev də böyük səs çoxluğu ilə qalib gəlmişdi. Bu il “Qəbələ”nin də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması vəziyyəti dəyişdi və Qurban Qurbanovla Roman Qriqorçuk arasında müəyyən mənada rəqabət yaşandı. Amma “Qarabağ”ın həm çempion olması, həm də Azərbaycan kubokunu qazanması, üstəlik Avropa Liqasında da “Qəbələ”yə nisbətən uğurlu çıxış etməsi Qurban Qurbanovun 6-cı dəfə Azərbaycanın ən yaxşı məşqçisi olmasını şərtləndirdi.

Komanda.az-ın sorğusunda 74 mətbuat orqanından 80 jurnalist (ötən il 51 mətbuat orqanından 57 jurnalist) iştirak edib. 49 jurnalist Qurban Qurbanova, 24 həmkarımız isə Roman Qriqorçuka səs verib. Yığmanın baş məşqçisi Robert Prosineçki 4, “İnter”in çalışdırcısı Zaur Svanadze isə 3 səs qazanıb. “Neftçi”nin keçmiş baş məşqçisi Arif Əsədova isə səs verən olmayıb.


Kim kimə səs verib?

1. Qurban Qurbanov – 49

2. Roman Qriqorçuk – 24

3. Robert Prosineçki – 4

4. Zaur Svanadze – 3

5. Arif Əsədov – 0


İctimai-siyasi saytlar

1. Elşad Qəzvini (Azərtac) – Qurban Qurbanov

2. Emil Hüseynli (Trend) – Qurban Qurbanov

3. Niyaz Niftiyev (Azadinform.az) – Qurban Qurbanov

4. Pərviz Hikmət (Publika.az) – Roman Qriqorçuk

5. Pərviz Cəbrayıl (Axar.az) – Qurban Qurbanov

6. Zahid Nurəliyev (Teleqraf.com) – Qurban Qurbanov

7. Famil Cəfərli (Virtualaz.org) – Qurban Qurbanov

8. Səbuhi Musayev (Qaynar.info) – Zaur Svanadze

9. Sənan Nəcəfov (Qhtxeber.az) – Qurban Qurbanov

10. Elsevər Məmmədov (Qafqazinfo) – Roman Qriqorçuk

11. Nurşən Quliyev (APA) – Qurban Qurbanov

12. Qabil Abbasoğlu (Lent.az) – Qurban Qurbanov

13. Elçin Zahiroğlu (Aznyus.az) – Qurban Qurbanov

14. Elşad Eyvazlı (Modern.az) – Qurban Qurbanov

15. Rövşən Əhlimanoğlu (Report.az) – Roman Qriqorçuk

16. Hacıbəy Heydərli (Azxeber.com) – Zaur Svanadze

17. Nicat Dağlar (Azerfax.az) – Roman Qriqorçuk

18. Səxavət Məmməd (Ölkə.az) – Qurban Qurbanov

19. Vüsal Məmmədov (Azvision.az) – Qurban Qurbanov

20. Anar İmanov (Milli.az) – Qurban Qurbanov


İctimai-siyasi qəzetlər

1. Pərviz Sadayoğlu (Yeni Azərbaycan) – Qurban Qurbanov

2. İlham Quliyev (Kaspi) – Qurban Qurbanov

3. Elçin Cəfərov (Azərbaycan) – Roman Qriqorçuk

4. Cavanşir Abbaslı (Yeni Müsavat) – Qurban Qurbanov

5. Dilqəm Əhməd (Gündəlik Teleqraf) – Qurban Qurbanov

6. Sahib Əsədəbəyli (Ədalət) – Qurban Qurbanov

7. Rüstəm Piriyev (Exo) – Robert Prosineçki

8. Alı Rza (Azadlıq) – Roman Qriqorçuk

9. Elgün Vidadioğlu (Səs) – Roman Qriqorçuk

10. Qabil Əliyev (Xalq) – Qurban Qurbanov


Televiziya

1. Ramiz Mirzəzadə (İdman Azərbaycan) – Qurban Qurbanov

2. Gündüz Abbaszadə (CBC Sport) – Roman Qriqorçuk

3. Sənan Abdullayev (Xəzər) – Qurban Qurbanov

4. Gəray Qiyasov (Lider) – Robert Prosineçki

5. İlkin Xəlilov (ATV) – Roman Qriqorçuk

6. Kənan Hakimov (ANS) – Qurban Qurbanov

7. Tural Xudiyev (Space) – Qurban Qurbanov

8. Rüfət Nadirli (İnteraz) – Qurban Qurbanov

9. Tural Dadaşov (İTV) – Roman Qriqorçuk


İdman saytları

1. Əli Sahib (Fanat.az) – Roman Qriqorçuk

2. Kənan Məstəliyev (Rekord.az) – Roman Qriqorçuk

3. Ceyhun Əzizli (Aut.az) – Qurban Qurbanov

4. Emin Səfərəov (Sport7.az) – Roman Qriqorçuk

5. Vüsal Mahmudov (Futbolinfo.az) – Qurban Qurbanov

6. Şahin Oğuz (Sportal.az) – Qurban Qurbanov

7. İlkin Vaqifoğlu (Sportinfo.az) – Roman Qriqorçuk

8. İxtiyar Əsgərov (Apasport.az) – Qurban Qurbanov

9. Ruslan Mikayıllı (Azerisport.az) – Roman Qriqorçuk

10. İbrahim Cəfərov (Futbolxeber.az) – Roman Qriqorçuk

11. Vüsal Gözəlov (Stadium.az) – Qurban Qurbanov

12. Vüsal Mirzəyev (Sportarena.az) – Qurban Qurbanov

13. İlkin Sultanlı (Derbi.az) – Zaur Svanadze

14. Elmir Əliyev (Sportbox.az) – Roman Qriqorçuk

15. Mərdan Həsənov (Newsport.az) – Qurban Qurbanov

16. Mirələm Həsənli (Sportlayf.az) – Qurban Qurbanov

17. Kamran Hacı (Allsport.az) – Qurban Qurbanov

18. Aslan Şahgəldiyev (PFL.az) – Roman Qriqorçuk

19. Elçin Cəlilov (Futbolpress.az) – Roman Qriqorçuk

20. Zaur Həsənov (Avrofutbol.az) – Roman Qriqorçuk

21. Səxavət Qurbanov (İdmanxeber.com) – Qurban Qurbanov

22. Saleh Arslan (Korner.az) – Qurban Qurbanov

23. Aydın Bağırov (Qol.az) – Roman Qriqorçuk

24. Anar Cəfərsoy (Supersport.az) – Qurban Qurbanov

25. Əli Həyati (Futbolmedia.az) – Qurban Qurbanov

26. Elşən Məmmədov (Sportnet.az) – Roman Qriqorçuk

27. Çingiz Abasov (Futbol11.az) – Robert Prosineçki

28. Erkin İbrahimov (Azerifubol.com) – Robert Prosineçki


İdman qəzetləri

1. Mahir Rüstəmli (Futbol+) – Qurban Qurbanov

2. Elton Dünyamalı (Futbol dünyası) – Roman Qriqorçuk

3. Ürfan Məmmədov (Çempion) – Qurban Qurbanov

4. İlqar Tağıyev (Het-trik nyus) – Qurban Qurbanov

5. Bəxtiyar Məmmədov (İdman) – Qurban Qurbanov

6. Seymur Səfərli (Futbol+qol) – Qurban Qurbanov


Komanda.az

1. Rəşad Ergün (Komanda.az) – Qurban Qurbanov

2. Natiq Muxtarlı (Komanda.az) – Qurban Qurbanov

3. Elnur Həmidov (Komanda.az) – Qurban Qurbanov

4. Rəşad Müseyibzadə (Komanda.az) – Qurban Qurbanov

5. Emin Tarverdiyev (Komanda.az) – Roman Qriqorçuk

6. Elçin Zodorov (Komanda.az) – Qurban Qurbanov

7. Elnur Muxtar (Komanda.az) – Qurban Qurbanov

Ana səhifəXəbərlərAzərbaycanda “İlin məşqçisi” məlum oldu!