Azərbaycanda həbs edilənlərin sayı artıb

Ötən il 7830 nəfər azadlıqdan məhrum edilib

Source:
Foto: Azadlıq Radiosu
Foto: Azadlıq Radiosu
Foto: Azadlıq Radiosu
Foto: Azadlıq Radiosu

Ötən il 7830 nəfər azadlıqdan məhrum edilib

Azərbaycanda ötən il 7830 nəfər azadlıqdan məhrum edilib. Onlardan 4 nəfəri ömürlük cəza alıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, azadlıqdan məhrum edilənlər arasında 2 il cəza alanlar (3510) çoxdur.

10-15 il müddətinə azadlıqdan məhrum edilənlərin sayı 455 nəfər olub.

2010-cu illə müqayisədə ömürlük həbs edlənlərin sayında azalma qeydə alınsa da, ümumi məhkum edilənlərin sayında artım olub.

2010-cu ildə 6409 nəfər məhkum edilib, onlardan 15 nəfərinə ömürlük cəza verilib. Həmin vaxt iki il azadlıqdan məhrum edilənlərin sayı 2516, 10 ildən 15 ilə qədər azadlıqdan məhrum edilənlərin sayı isə 381 nəfər olub.

Ana səhifəXəbərlərAzərbaycanda həbs edilənlərin sayı artıb