Nazir tədrisin təşkilindən yazıb
“Bu gün bütün təhsil müəssisələrində tədris əyani bərpa olundu”.
Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında ali məktəblərdə tədrisin əyani formada təşkilinə başlanması ilə bağlı statsunda
yazıb
.
Nazir tələbələri təbrik edib, tədris prosesinin davamlı olmasını arzulayıb.
İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Bu il universitetlərdə bakalavriat üzrə 171 820, magistratura üzrə 16 920, orta ixtisas təhsil müəssisələrində 57 693, peşə təhsili müəssisələrində isə 24 623 nəfər tələbənin təhsil alacağı proqnozlaşdırılır.
Azərbaycanda sentyabrın 22-dən 1-4-cü siniflər, 29-dan isə universitetlərdə, orta ixtisas təhsili müəssisələrində (kollec), eləcə də orta məktəblərin yuxarı siniflərində (V-XI) yeni dərs ili başlayıb.
Proqnoz göstəricilərinə əsasən, orta məktəblərin V-XI siniflərində 968 230 şagird oxuyacaq.
Cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq.
Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçirilir.