Azərbaycanda diplomları tanınan və tanınmayan ali məktəblərin siyahısı açıqlanıb

Qurumun məlumatına görə bu müraciətlərin əhəmiyyətli hissəsi adları qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur

Source: https://www.tkta.edu.az/


389 nəfərin diplomu ölkədə tanınmayıb

Bir sıra təhsil müəssisəsinin diplomu Azərbaycanda tanınmır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi həmin təhsil müəssisələrinin siyahısını

açıqlayıb

.

Agentlik bildirir ki, onlara müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb.

Qurumun məlumatına görə bu müraciətlərin əhəmiyyətli hissəsi adları qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur:


  1. Dağıstan Dövlət Universiteti

  2. Cənubi Rusiya Humanitar İnstitutu

  3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu

  4. Rusiya Dövlət Sosial Universiteti

  5. Moskva Dövlət Açıq Universiteti

  6. Regionlararası Heyətin İdarəolunması Akademiyası

  7. Müasir Humanitar Akademiya

  8. "YUJDAQ" İnstitutu

  9. Dnepropetrovsk Milli Universiteti


10.Hüquq və İdarəetmə Akademiyası (İnstitut)

11. Anadolu Universiteti

Qeyd olunub ki, yalnız Azərbaycan ərazisində filialları lisenziyalı fəaliyyət göstərən bu xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar tanınır:


1. Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il – 01.09.2010-cu illər ərzində);


  1. Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

  2. V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

  3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).
Ana səhifəSosialAzərbaycanda diplomları tanınan və tanınmayan ali məktəblərin siyahısı açıqlanıb