Azərbaycanda daha 38 nəfərdə virus aşkarlanıb

Eyni zamanda, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 157.932 testin aparıldığı qeyd olunub.

Source: Reuters


30 nəfər müalicə olunaraq evə buraxılıb

Mayın 3-də Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq evə buraxılıb.

Bu barədə

Nazirlər Kabineti

yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, hazırda Azərbaycanda 1932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1441 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər ölüb, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Eyni zamanda, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 157.932 testin aparıldığı qeyd olunub.

Ana səhifəSosialAzərbaycanda daha 38 nəfərdə virus aşkarlanıb