42 nəfər müalicə olunaraq, evə buraxılıb
Nazirlər Kabineti
yanında Operativ Qərargahın məlumatına görə, aprelin 22-də Azərbaycanda daha 38 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Məlumata əsasən, 42 nəfər müalicə olunaraq evə buraxılıb.
Hazırda Azərbaycanda 1518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 907 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər ölüb, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir:
“Onlardan 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir”.
Ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 108 min 221 testin aparıldığı qeyd olunub.