4 nəfərin vəfat etdiyi bildirilir
Fevralın 26-da Azərbaycanda 219 adam COVİD-19 infeksiyasına yoluxub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, 180 nəfər müalicə olunaraq sağalıb, test nəticəsi pozitiv çıxan 4 nəfər vəfat edib.
Operativ Qərargah Azərcaycanda indiyə qədər 233 min 989 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 228 min 479 nəfər müalicə olunaraq sağalıb, 3213 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2297 nəfərdir".
Qərargah ötən müddətdə 2 milyon 583 min 362 testin aparıldığını xatırladıb: "Bugünkü test sayı isə 6908-dir".