Azərbaycanda COVİD-19 daha 15 nəfərin ölümünə səbəb olub

“Bugünkü test sayı isə 7898-dir”.

Source: Архив


Bir gündə virusa 519 nəfər yoluxub

Yanvarın 12-də Azərbaycanda 15 nəfər COVİD-19 infeksiyasından ölüb, 519 adam virusa yoluxub, 1276 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Operativ qərargah Azərbaycanda indiyə qədər 225 min 346 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 210 min 798 nəfər müalicə olunaraq sağalıb, 2941 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 11607 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 2 milyon 279 min 907 testin aparıldığı xatırlanıb:

“Bugünkü test sayı isə 7898-dir”.

Ana səhifəSosialAzərbaycanda COVİD-19 daha 15 nəfərin ölümünə səbəb olub