Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 508 oldu

COVİD-19 6 nəfərin həyatına son qoydu

Source: google.az


COVİD-19 6 nəfərin həyatına son qoydu

Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 13 715 nəfər koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ana səhifəXəbərlərAzərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 508 oldu