Azərbaycanda bazar günü koronavirusa 1029 adam yoluxub

“Aktiv xəstə sayı 22 659 nəfərdir”

Source: Meydan.TV


"24 xəstə vəfat edib"

Sentyabrın 26-da Azərbaycanda 1029 adam COVID-19 infeksiyasına yoluxub, 2 680 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 24 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 480 843 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 451 727 nəfər müalicə olunaraq sağalıb, 6 457 pasiyent ölüb. Aktiv xəstə sayı 22 659 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 151, ötən müddətdə isə 4 823 654 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bazar günü koronavirusa 1029 adam yoluxub