“8 xəstə vəfat edib”
Yanvarın 9-da Azərbaycanda 555 adam COVID-19 infeksiyasına yoluxub, 503 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 8 xəstənin vəfat etdiyi deyilir.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 621 min 234 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 605 min 561 nəfər müalicə olunaraq sağalıb, 8445 pasiyent ölüb. Aktiv xəstə sayı 7228 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9395, bu günə qədər isə 5 milyon 943 min 23 testin icra olunduğu göstərilib.