“2000-ci ildə hər min qadına 7,8 abort düşürdü, 2013-cü ildə isə bu rəqəm 10,4-ə bərabər olub”
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda abortların sayı daim artır. “Turan İA” komitəyə istinadən xəbər verir ki, 2000-ci ildə 15-49 yaş arası qadınlar 95,2 min abort etdirmişdisə, 2013-cü ildə onların sayı 146,6 minə çatıb.
Agentlik bildirir ki, 2000-ci ildə hər min qadına 7,8 abort düşürdü, 2013-cü ildə isə bu rəqəm 10,4-ə bərabər olub.
2000-ci ildə hər 100 doğuşa 18,4 abort, 2013-cü ildə isə 19,0 abort düşüb.
Yaş kateqoriyasına görə abort statistikası da maraqlıdır. Belə ki, 2000-ci ildə 15-19 yaş arası qadınlar 572, 2013-cü ildə isə 1147 abort etdiriblər.
20-24 yaş arası qadınlar arasında 2000-ci ildə 4249, 2003-cü ildə isə 5710 abort olub.
25-29 yaşlardakı qadınlar 2000-ci ildə 5064, 2013-cü ildə isə 8958 abort etdiriblər.
30-34 yaş arası qadınlar 2000-ci ildə 4572, 2013-cü ildə 7849 abort etdiriblər.
35 yaş və üzəri qadınlar 2000-ci ildə 3072, 2013-cü ildə 4228 abort etdiriblər.
Statistikaya əsasən, ən çox abort sayı 20-35 yaşlar arsında qadınların payına düşür.
Ancaq Dövlət Statistika Komitəsi selektiv abortlar (valideynlərin cinsiyyətinə görə uşaqdan imtina etdiyi hallar) haqqında məlumat vermir.