Azərbaycanda 77 koronavirusa yoluxma faktı qeydə alınıb

“Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Source: Архив


15 nəfər müalicə olunaraq evə buraxılıb

Mayın 7-də Azərbaycanda koronavirus infeksiyasına daha 77 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq evə buraxılıb.

Məlumatı Nazirlər Kabineti yanında operativ qərargah yayıb.

Bildirilib ki, Azərbaycanda hazırda 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər ölüb, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir:

“Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Operativ qərargah ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialAzərbaycanda 77 koronavirusa yoluxma faktı qeydə alınıb