Koronavirus

Mənbə: Foto: arxiv

Başlıq: Koronavirus

Azərbaycanda 75 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Məqalə yeniləndi:  8 May 2020

25 nəfər sağalıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, mayın 8-də Azərbaycanda 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Xəbərə əsasən, 25 nəfər müalicə olunaraq evə buraxılıb.

Bildirilib ki, Azərbaycanda hazırda 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər ölüb, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir:

Müalicədə olanlardan 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Operativ Qərargah ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181 min 530 testin aparıldığını vurğulayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  8 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7cstt8

Ən çox baxılan