25 nəfər sağalıb
Nazirlər Kabineti yanında Operativ Qərargahın
məlumat
ına görə, mayın 8-də Azərbaycanda 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Xəbərə əsasən, 25 nəfər müalicə olunaraq evə buraxılıb.
Bildirilib ki, Azərbaycanda hazırda 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər ölüb, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir:
Müalicədə olanlardan 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.
Operativ Qərargah ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181 min 530 testin aparıldığını vurğulayıb.