Azərbaycanda 61 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Source: Wikipedia


Xəstəxanalarda 328 nəfərin müalicəsi davam edir


Nazirlər Kabineti

yanında operativ qərargahın məlumatına əsasən, aprelin 1-də Azərbaycanda 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxan 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bildirilib ki, müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

Ana səhifəSosialAzərbaycanda 61 yeni koronavirusa yoluxma faktı qeydə alınıb