74 nəfər sağalaraq evə buraxılıb
Aprelin 21-də Azərbaycanda 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq evə buraxılıb.
Bu barədə
Nazirlər Kabineti
yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, şəkərli diabet, hipotireoz və xroniki böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş ölüb.
Operativ qərargahın məlumatında qeyd olunub ki, Azərbaycanda 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib:
“Onlardan 865 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 testin aparıldığı bildirilib.